XƏBƏR LENTİ

24 Yanvar 2020
23 Yanvar 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 14:46

“Bələdiyyə seçkilərində qadınların iştirak faizinin artımı gözlənilir” –Hicran Hüseynova

“Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qadınların iştirak faizinin artımı gözlənilir”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, eyni zamanda, 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində də qadınların iştirak faizinin artımı gözlənilir: “Bunlarla yanaşı, bu gün bütün icra hakimiyyətlərində heç olmasa bir müavin səviyyəsində bir qadın var. İlk bələdiyyə seçkiləri keçirilən zaman cəmi 4 faiz qadın seçilmişdi. Gender bərabərliyi ilə əlaqədar maarifləndirmə işlərini gücləndirdikdən və rəhbərliyin diqqətini çəkdikdən sonra 28-35 faiz olub”.

“Daim şikayətlənirik ki, qadınlar niyə zorakılıq zamanı müraciət etmirlər. Çox zaman qadın qadına müraciət etmək istəyir. İcra sistemində qadınlar təyin olduqdan sonra qadınlar problemləri ilə bağlı müraciət etməyə başlayıblar”, – H.Hüseynova əlavə edib. (report)