XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2019 - 14:30

Rusiyaya sanksiya zərbəsi- Olimpiada və dünya çempionatlarında iştirakına qadağa qoyuldu

Rusiya olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb.

Bundan başqa Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilir.

Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.