“Azərbaycan ilə Rusiya arasında ümumi ticarət dövriyyəsi 2,5 mlrd dollar təşkil edir, ilin sonuna qədər 3 mlrd dollara çatmasını gözləyirik”.
Bunu Rusiya İqtisadiyyat nazirinin müavini Azər Talıbov “Penoplekst SPB” izolyasiya materiallarının istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini vurğulayıb ki, Azərbaycanla Rusiyanın iqtisadi əməkdaşlığı inkişaf edir: “İki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün geniş potensial mövcuddur. Belə ki, Azərbaycan və Rusiya arasında yaradılmış birgə müəssisələr müsbət nəticələr göstərir və bizim imkanlarımız artır ki, üçüncü ölkələrin bazarlarına çıxaq”. (Report)