XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2015 - 10:49

İş adamı Nizami Piriyevin həbs xəbəri təsdiqləndi – Məhkəmə qərarı

Azərbaycanlı iş adamı Nizami Piriyevin həbs xəbəri təsdiqlənib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir: “Nərimanov rayon məhkəməsinin qərarı ilə Nizami Piriyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib”.

Qeyd edək ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.

“PNN Group” “De Beers” və “Hamleys” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır.

“PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.