MTRŞ tərəfindən ANS ÇM-102 FM dalğasının satış üçün tenderə çıxarılması ciddi rezonans doğurub.
Ölkənin tanınmış yazıçı, ictimai xadimləri və sənət adamları Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Müraciəti imzalayanlar radiodalğanın tenderə çıxarılmasından dərin həyəcan keçirdiklərini bildiriblər. Milli Qəhrəman Çingiz Mustafayevin gələn il 60 illik yubileyinin qeyd olunacağını deyən müəlliflər onun erməni təbliğatı ilə mübarizədə böyük iz qoyduğunu vurğulayıblar.
“MTRŞ Avrasiya məkanında yaranmış ilk müstəqil radiounu tez-tələsik tarixi yaddaşdan siməyə cəhd edir. Halbuki FM dalğası daha 50 yeni radiostansiya yayımına imkan verir. Şura məhz 27 ildir Milli Qəhrəmanın adını daşıyan radio tezliyi satmağa hazırlaşır. Biz inanırıq ki, siz ədalətli qərar verərək özünü vətənə qurban vermiş jurnalistin adının unudulmasına imkan verməyəcəksiniz”.
Müraciəti Xalq yazıçısı Anar, Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Xalq artistləri Xuraman və Fidan Qasımovalar, Afaq Bəşirqızı, Afaq Məlikova, Təranə Muradova, Briliyant Dadaşova, Siyavuş Kərimi, Zülfiyyə Xanbabayeva, Fəxrəddin Manafov, Faiq Ağayev, Nurəddin Mehdixanlı, Mənsum İbrahimov, Rasim Balayev, Ayaz Salayev, Eldar Quliyev, Oktay Mirqasımov, Vasif Babayev, Mehriban Ələkbərzadə, Cəmil Quliyev, Cənnət Səlimova, Murad Dadaşov, tanınmış jurnalistlər Elçin Şıxşlinski, Qulu Məhərrəmli, Arif Əliyev, Tofiq Abbasov, Mais Məmmədov, Eynulla Fətullayev, professor Vəfa Quliyeva, Bədirxan Əhmədli, Valeh Mirzəzadə, Solmaz Tohidi-Rüstəmova,Nəsiman Yaqublu, Kamil İbrahimov, Firdovsiyə Əhmədova və digərləri imzalayıb(haqqın.az).