Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu ərazisindəki “EuroHome” tikinti materialları bazarında güclü yanğın baş verib.
Strateq.az xəbər verir ki, bazarın 5 hektarlıq ərazisinin 2 hektarında baş verən yanğında xeyli mağaza yanıb.
Hadisə baş verən andan Azərbaycan polisləri də aktiv təhlükəsizlik tədbirləri görüblər. Polis əməkdaşları, eyni zamanda, vətəndaşlara yardım edib, sahibkarlara malların çıxarılmasında yaxından dəstək göstəriblər.
Həmin anları əks etdirən bəzi fotoları təqdim edirik: