XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2019 - 20:00

Ərdoğan:“Elə liderlər var ki, gizli dünyaları mövcuddur, agentləri var..."

“Elə liderlər var ki, gizli dünyaları mövcuddur, agentləri var. Amma agent olmadan fəaliyyət göstərən liderlər də var. ABŞ Prezidenti, dostum Donald Trampın gizli agenti yoxdur, mənə qarşı açıqfikirlidir. Mən də onunla bağlı fikirlərimi çox açıq və konkret söyləyirəm”. 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada tələbələrlə görüşdə deyib.

O, Rusiya prezidenti Vladimir Putinin də belə lider olduğunu diqqətə çatdırıb: “Onun fəaliyyətini örnək hesab edirəm. Təkbətək görüşlərimizdə səmimi, gizli agent olmadan söhbət edirik”.

Türkiyə Prezidenti özünə örnək saydığı liderlərin də adını sadalayıb. O, Məhəmməd peyğəmbər, Həzrəti Ömər və digər tarixi şəxsiyyətlərin, İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin adlarını çəkib/APA.