Yeni Azərbaycan Partiyasının rəhbərliyi Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Ziyartəçilər arasında Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov və Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov da olub(modern.az).