XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

11 Dekabr 2019 - 17:20

Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrini qəbul edib –FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qəbulda Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uok Koreya Prezidenti Mun Ce-inin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyəli səfərlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi qeyd olundu. Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində Koreya şirkətlərinin iştirakının iqtisadi əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycanda digər sahələrdə olduğu kimi, statistika sahəsində də islahatların aparıldığı qeyd edildi, Koreya Respublikasının bu sahədə qazandığı təcrübənin Azərbaycanda maraq doğurduğu bildirildi.

Prezident İlham Əliyev Koreya Prezidenti Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş etdi.