ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.
Strateq.az xəbər verir ki, bu gün S-400-lərə görə nəzərdə tutulan sanksiya paketi senatda səsverməyə çıxarılıb və 18 senatorun səsi ilə qəbul edilib.
Məlumata görə, layihənin əleyhinə cəmi 4 senator çıxıb.
Məsələyə rəsmi Ankaradan ilk reaksiya verilib.
Prezident Ərdoğanın sözsüsü İbrahim Kalın deyib ki, vəziyyəti yaxından izləyirlər: “İndi bu sanksiya layihəsi Prezident Trampın üstünə gedəcək. Qarşımızda bir mərhələdə var yəni. Trampın yaxşı niyyət içində olduğunu bilirik”.