XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 December 2019 - 15:34

Təhsil nazirinin müavini:"Yeni ildə neçə gün tətil olacağı hələ müəyyən edilməyib"

“Yeni ildə 5 günlük dərs olan orta məktəblərdə neçə gün bayram tətili olacağı hələ müəyyən edilməyib”.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlik hələlik məsələ ilə bağlı qərar verməyib: “Hələlik həmin vaxta bir müddət var. Təhsil Nazirliyi tərəfindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat göndərəcək”.

Report