XƏBƏR LENTİ

20 Yanvar 2020
19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

14 Dekabr 2019 - 12:34

ABŞ Çinə qarşı əlavə ticarət rüsumların tətbiqini rəsmən təxirə saldı- Qərar

Birləşmiş Ştatlar Çinə qarşı əlavə ticarət rüsumlarının qüvvəyə minməsini rəsmən təxirə salıb.

Bu barədə məlumat ticarət danışıqlarında nümayəndə aparatının Federal reyestrdə (ABŞ hökumətinin rəsmi sənədlər külliyyatı) dərc olunan bəyanatında yer alıb.

“ABŞ-ın ticarət nümayəndəsi Prezidentin göstərişinə uyğun olaraq 301-ci maddə (“ədalətsiz ticarət tərəfdaşlarına qarşı” mümkün sanksiyaları nəzərdə tutan ticarət barədə qanun) üzrə təhqiqat çərçivəsində həyata keçiriləcək tədbirləri dəyişmək qərarına gəlib və Çindən idxal olunacaq müəyyən məhsullara dekabrın 15-nə planlaşdırılan 15 faiz həcmində əlavə rüsumları növbəti bildirişə qədər dayandırır”, – bəyanatda belə deyilir.

Xatırladaq ki, əlavə rüsumlar dekabrın 15-də yerli vaxtla saat 00:01-də qüvvəyə minməli idi.

ABŞ və Çin dekabrın 13-də ticarət sövdələşməsinin birinci fazası üzrə razılığa gəlib. Birləşmiş ştatların ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer əldə olunan sazişin Amerika məhsullarının Çinə idxal həcmini iki illik dövr ərzində 200 milyard dollara qədər artırmağa və ABŞ-ın ticarət kəsirini azaltmağa imkan verəcəyini deyib.

Bununla yanaşı, sazişin bitmə vaxtı yoxdur. Ticarət nümayəndəsinin sözlərinə görə, Amerikanın Çin məhsulları üçün azaldılmış rüsumları sazişin imzalanmasından 30 gün sonra qüvvəyə minəcək(azərtac).