XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

14 Dekabr 2019 - 20:01

“İki “QAZel” markalı yük avtomobili yanıb” –Bazarın ətrafındakı yanğında

Bakının Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı”nın arxasındakı köhnə hamamda baş vermiş yanğın zamanı iki “QAZel” markalı yük avtomobili yanıb.

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

Onun sözlərinə görə, həmin maşınlar qismən yanıb.

“Yanğın ərazinin 300 kvadrat metrini əhatə edib. Hadisə yerinə 17 yanğınsöndürən maşın və əlavə qüvvələr də daxil olmaqla ümumilikdə 75 canlı heyət cəlb olunub. Yanğının səbəbləri araşdırılır”, – deyə o, bildirib/Report.