XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

15 Dekabr 2019 - 09:00

Mövlud Çavuşoğlu:"Türkiyə ona qarşı sanksiyalara cavab verəcək"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin ABŞ-ın “ZRK Patriot” zenit-raket komplekslərini almağa hazır olduğunu bildirib.

Bu barədə nazir Dohada (Qətər) keçirilən işgüzar forumda bildirib.

“Türkiyə ABŞ-ın əvvəlki kimi müttəfiqimiz olmasına inanır və biz onların müttəfiqiyik. Heç kim S-400 alması üzrə Rusiya ilə sazişi ləğv edə bilməz, bu baş tutmuş sazişdir. Rusiyanın təklifi daha çox əlverişli idi. İndi biz Amerikanın “Patriot” sistemlərini almağa hazırıq və Birləşmiş Ştatlardan cavab gözləyirik”, – Çavuşoğlu deyib.

Nazir həmçinin xəbərdarlıq edib ki, Türkiyə ona qarşı Rusiyanın S-400 zenit-raket sistemlərini almasına görə tətbiq edilmiş istənilən sanksiyalara cavab verəcək. /Report