XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2019 - 12:00

Bildirişlərin seçicilərə paylanması prosesi başa çatır –Bələdiyyə seçkiləri ilə əlaqədar

Bu gün dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi başa çatır.

“Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanmasını təmin etməlidir.

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət dekabrın 16-dək olan dövrü əhatə edir. /APA