XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

15 Dekabr 2019 - 23:50

Ərdoğan:"Türkiyə İncirlik hərbi bazasını bağlaya bilər"

Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya bilər.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qeyd edib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etsə, Türkiyə bu hərbi bazanı Birləşmiş Ştatlara bağlayacaq.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazalar bağlana bilər.

“ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, o zaman İncirlik də, Kürəcik də bağlanar. Hər şey olar. Hipotezlər üzərində danışmaq istəməzdim. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. “F-35” və “S-400” arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə “Xeyr” deyir. ABŞ məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. “S-400” hücum deyil, müdafiə sistemidir. “F-35” almasaq, aletnativlərə baxacağıq. Bu, Rusiya bazarı, başqa bazarlar da ola bilər”, – o deyib. /Report