XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2019 - 18:49

“BDU-da dövlət hesabına oxuyan tələbələrin sayında artım var” –Nazir

“2019-2020-ci akademik ili üçün Bakı Dövlət Universitetinə (BDU) dövlət hesabına bakalavr və magistratura səviyyəsinə 3823 nəfər tələbə qəbul olunub. Yalnız 1 il ərzində burada 1110 nəfər dövlət hesabına oxuyan tələbələrin sayında artım var”.

Bunu BDU-nun 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu il akademik göstəricilərə çox ciddi təsir edən amil, yəni 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb: “Eyni zamanda dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə qərar qəbul edilib. Həmin qərarda növbəti müddətlər üçün də çox konkret, spesifik hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz, növbəti illərdə isə ən azı 50 faizdən az olmayan tələbənin təqaüd alması təsbit edilib”.

Nazir bildirib ki, müəyyən kateqoriyalı, sosial cəhətdən qayğıya, dəstəyə ehtiyacı olan insanlar akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malikdilər: “Bu kateqoriyadan olan I və II qrup əlil olan şəxslərin 2019-cu ildə akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti təhsil almaq hüquqları təsbit edilib və yalnız bu dəyişiklik hesabına 2000-dən artıq azərbaycanlı tələbə dövlət hesabına təhsil almaq hüququ əldə edib”. (Report)