XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2019 - 19:35

Zelenski Azərbaycana gəldi –FOTOLAR

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Strateq.az Azərtac-a istinadla xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.