XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2019 - 10:42

Zelenskinin rəsmi qarşılanma mərasimi olub –Prezidentlər təkbətək görüşdü + FOTOLAR

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub.

Strateq.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.

Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçib.

Daha sonra Prezident İlham Əliyevlə Ukrayna Prezidenti Vladimir Zelenskinin təkbətək görüşü olub.