XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 12:49

ABŞ dünyanı aldadıb: Bin Ladenin öldürülməsi barədə sensasion iddia

Bin_Laden.jpg

Məhşur Pulitser mükafatı laureatı amerikalı jurnalist Seymur Xerş Əl-Qaidə terror təşkilatının lideri Bin Ladenin öldürülməsi ilə bağlı sensasion iddia ilə çıxış edib. O Bin Ladenin 2006-cı ildən Pakistan xüsusi xidmət orqanlarının əsiri olduğunu yazıb. ABŞ hökuməti isə Bin Ladenin Pakistanda gizləndiyini bildirirdi. Rəsmi açıqlamaya görə, 2011-ci ildə xüsusi əməliyyat nəticəsində terrorçunun gizləndiyi yer müəyyən olunub və o xüsusi təyinatlılar tərəfindən öldürülüb. Onun cəsədi Ərəbistan dənizində basdırılıb.

Britaniyanın “London kitab icmalı” (London Review of Books) nəşrində dərc olunan məqaləsində jurnalist bildirir ki, 2006-cı ildən Bin Laden Abbotabad şəhərində Pakistanın nəzarəti altında Səudiyyə Ərəbistanının maliyyəsi hesabına yaşayırmış. Bin Laden ABŞ xüsusi təyinatlıları tərəfindən başından güllələnib və onun cəsədi Hindikuş dağları üzərində vertalyotdan yerə atılıb.

S.Xerş qeyd edir ki, Bin Ladenin öldürülməsi rəsmi versiyada təqdim edildiyi kimi riskli və qəhrəmancasına əməliyyat olmayıb. Sadəcə ABŞ və Pakistan xüsusi xidmət orqanları birgə əməliyyat keçiriblər. Pakistan xüsusi xidmət orqanlarının əməkdaşı 26 milyon dollar müqabilində Bin Ladeinin yeri barədə məlumat verib.

Strateq.az