XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2019 - 14:30

Məleykə Abbaszadə:"İmtahanların qiymətləri o qədər də yüksək deyil"

“Azərbaycanda qəbul imtahanlarında ilk dəfə iştirak etmək pulsuzdur. Ona görə də heç kim deyə bilməz ki, bütün imtahanlar pulludur”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul imtahanları üçün ikinci şansı istifadə etmək istəyənlər var və bunun üçün də abituriyent ödəniş etməlidir: “İmtahanları və nəticələri araşdırmaq, onu həyata keçirmək üçün çoxlu sayda işçi qüvvəsi və texniki qurğuya ehtiyac olur. Bu baxımından imtahanların qiymətləri o qədər də yüksək deyil”.

M.Abbaszadə qeyd edib ki, imtahanın qiyməti onun keçirilməsinə sərf olunan vəsaitdən aslıdır: “Yeni növ imtahanların cavablarını yoxlayan müəllimlər də onlara verilən məvacibin qəneedivi olmadığını deyirlər. Belə olan halda biz necə qiymətləri aşağı sala bilərik?!”.