XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 09:43

Ağ Ev bəyanat yaydı:"Tramp bəraət gözləyir"

“ABŞ prezidenti Donald Tramp əmindir ki, impiçment proseduru çərçivəsində Senat ona tamamilə bəraət qazandıracaq”.

Bu barədə Ağ Evin mətbuat katibinin bəyanatında deyilir.

“Bu gün bizim ölkəmizin tarixində ən biabırçı siyasi epizodlardan birinin kulminasiyası qeydə alınıb. Prezidentin bir şeyi yanlış etməsi ilə bağlı respublikaçıların heç bir səsini almadan və onun heç bir sübutu olmadan demokratlar impiçment çərçivəsində qanunsuz maddələr irəli sürdülər. Prezidentin yanlış heçnə etməsinə baxmayaraq, demokratlar birpartiyalı proseduru seçdilər. Dinləmə həftələri təsdiq etdi ki, o, yanlış heç nə etməyib”, – deyə bəyanatın mətnində qeyd edilir.

Ağ Evin bəyanatında vurğulanıb ki, D.Trampa qarşı sonsuz qərəz onları (demokratları) 2016-cı ilin prezident seçkilərinin nəticələrini ləğv etmək və 2020-ci ilin gələcək səsverməsinə zərər vermək arzusunu gücləndirir.

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki – “Səlahiyyətlərin aşılması” və “Konqresə mane olma” maddələrinə səs verib.