Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskinin Minsk razılaşmalarına yenidən baxılmasının mümkünlüyü barədə açıqlamasından narahat olub.
Strateq.az xəbər verir ki, Rusiya prezidenti bunu bugünkü mətbuat konfransında bildirib: “Ortada Minsk razılaşmalarından başqa bir şey yoxdur. Prezident Vladimir Zelenskinin Parisdən ayrıldıqdan sonra Minsk razılaşmalarına yenidən baxıla biləcəyi ilə bağlı söylədikləri məni çox narahat etdi”.
Putinin fikrincə, mövcud razılaşmalara yenidən baxılarsa, vəziyyət dalana dirənə bilər.
Rusiya prezidentinin sözlərinə görə, işlərin “Normand formatı”nda davam etdirilməsi məqsədəuyğundur: “Aprel ayında keçiriləcək görüşə gəlincə, görüş müsbət dəyişikliklər baş verəcəyi təqdirdə aktual olacaq. Dəyişikliklər varmı? Var. Xüsusi status haqqında qanun uzadıldı. Nizamlanma üçün əsas itirilmədi, qoşunlar geri çəkildi”.
Xatırladaq ki, Zelenski Parisdəki iclasda Minsk razılaşmasına dəyişiklik edilməsinin vacibliyini bəyan edib. Bu fikir Almaniya kansleri Angela Merkel tərəfindən də dəstəklənib.
Strateq.az