“ABŞ Ukraynaya kömək etmək istəyirsə, ona pul versin”.
Strateq.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu bugünkü illik mətbuat konfransında deyib.
Putin bildirib ki, ABŞ Ukraynaya yalnız mümkün kreditlər üçün zəmanət verir, bu da real dəstək deyil: “ABŞ Rusiya qazının Ukrayna üzərindən tranzitini qorumaq istədiyini iddia edir. Moskva da bunda maraqlıdır. Niyə Ukraynaya pul vermirlər? Demək olar ki vermirlər. Yalnız mümkün kreditlər üçün zəmanət verilir. Bu da canlı pul deyil. Birləşmiş Ştatlardan Ukraynaya real dəstək yoxdur”.
Strateq.az