XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 16:43

İCRA BAŞÇISININ XANIM MÜAVİNİ DƏ TUTULDU –Lalə Eyyibova Bakıya gətirilib

Ağstafa rayon icra hakimiyyəti başçısının daha bir müavini tutulub. 

Strateq.az  Virtualaz.org-a istinadən xəbər verir ki, bu, başçının humanitar məsələlər üzrə müavini Lalə Eyyubovadır.

O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

Ehtimal edilir ki, onun saxlanması Nizaməddin Quliyevin həbsi, həm də onun Goranboyda icra başçısı işləyərkən törətdiyi korrupsiya əməlləri ilə bağlıdır.

Belə ki,  Maliyyə Nazirliyi bu yaxınlarda Nizaməddin Quliyevin Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Goranboyda ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb.

Bunu Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən də təsdiq ediblər.

“Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. Lakin yoxlama zamanı korrupsiya  və ya digər neqativ halların aşkar edildiyi barədə hələ ki, rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”, – deyə İctimaiyyətlə əlaqələr şöbəsi modern.az-a bildirib.

Goranboy RİH-dən yoxlamaların nəticəsi ilə bağlı məlumat verilməsə də, əldə olunan məlumata görə, Maliyyə Nazirliyi Nizaməddin Quliyevin fəailiyyəti ilə bağlı Goranboyda bir çox faktlar aşkarlayıb.

Bildirilir ki, ötən il Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əməkhaqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara özünə yaxın müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib.

O da bildirilib ki, Goranboy şəhərində küçələrin asfaltlaşması üçün ayrılan vəsait də N.Quliyev tərəfindən mənimsənilib və nəticədə şəhərin mərkəzi küçəsindən başqa digər küçələr təmir olunmamış qalıb.

Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.