“ABŞ və Avropa ölkələri Ukraynanın hazırkı rejimini və rəhbərliyini sanki dəstəkləyirlər, amma eyni zamanda da ona ciddi zərbələr vururlar”.
Bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında deyib.
Onun sözlərinə görə, belə zərbələrin arasında Avropa İttifaqının Karpatdan ağac ixracına dair tələbi, BVF-nin əhali üçün qaz güzəştlərini ləğv etmək tövsiyəsi və torpaq bazarını yaratmaq planlarıdır:
“İndi tələb edirlər ki, torpaq satmağa başlasınlar. Ukraynalılar üçün torpaq müqəddəsdir. Mən başa düşürəm – qızıl torpaqlardır. Müxalifət əlbəttə ki, dərhal bundan istifadə etdi və Ukrayna prezidenti Vladimir Zelenskiyə daxili siyasi zərbələr endirməyə başladı.
Bizi Ukrayna ilə əlaqəli nədəsə ittiham edirlər. Guya kömək etmək istəyirlər. Əslində istədikləri bir şeydir: Ukraynanın büdcəsini Rusiya hesabına doldurmaq”.
Strateq.az