Rusiya prezidenti Vladimir Putin bugünkü illik mətbuat konfransında Çeçenistan lideri Ramzan Kadırovu tərifləyib.
Putin bildirib ki, Kadırov Rusiya Qəhrəmanı (2004-cü ildə alıb) adına layiqdir:
“Hər gün təhlükə altındadır. Təhlükəli hərbi əməliyyatlarda şəxsən iştirak edir, güllənin altına girir. Mən ona bunu qadağan etmişəm, amma yenə də edir”.
Putin Rusiya Qəhrəmanı adının verilməsi ilə bağlı sərəncamları elə-belə imzalamadığını deyib: “Çeçenistanda vəziyyət köklü şəkildə dəyişib. Prinsipcə, ona Əmək Qəhrəmanı adı da verilə bilərdi. Amma hələ gəncdir, gözləyə bilər”.
Strateq.az