XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

20 Dekabr 2019 - 11:26

Zakir Qaralov Zəlimxan Yaqubun oğluna yüksək vəzifə verdi –Prokurorluqda dəyişiklik

Mərhum Xalq şairi, keçmiş millət vəkili Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov yeni vəzifəyə təyin edilib.

Strateq.az Publika.az-a istinadən xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə B.Yaqubov Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Bəhlul Yaqubov bu vəzifəyə təyin edilənədək Bakı Şəhər Prokurorluğunda çalışıb. O, daha əvvəl Abşeron rayon prokurorun köməkçisi və MSK-da məsləhətçi vəzifələrində də işləyib.