XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2019 - 15:11

Həbs xəbəri yayılan icra başçısının müavini:"Mənim baş verən prosseslərlə heç bir bağlılığım yoxdur"

Ağstafa rayon İcra başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova DTX-nin ötən gün keçirdiyi əməliyyatda həbs olunduğu haqda xəbərləri bu gün təkzib edib.

Strateq.az-ın məlumatına görə, o, unikal.org-a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Mənim baş verən prosseslərlə heç bir bağlılığım yoxdur. Nə istintaqa çağırılmışam,  nə də ki, həbs olunmuşam. Mən işimin başındayam. Hazırda başçının müavini vəzifəsini icra edirəm”.

Xatırladaq ki, DTX ötən gün Ağstafada əməliyyat keçirərək icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevi və onun müvini Ramiz Tatarovu həbs edib. Onlar büdcə pullarını mənimsəməkdə, sahibkarlardan və kənd icra nümayəndələrindən rüşvət toplamaqda, digər qanunsuz əməllər törətməkdə ittiham olunurlar.