XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2019 - 15:45

Bakının iki polis bölməsinə yeni rəis təyin edilib –Nazir Vilayət Eyvazov əmr imzaladı

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Azər Məmmədov təyin edilib.

V.Eyvazovun digər əmri ilə polis mayoru Fərrux Bektaşi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.