XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2019 - 17:13

Polkovnik idarə rəisi təyin olundu –Bakı Şəhər Baş Polis İdarəsində dəyişiklik

Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar idarəsinə rəis təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Fizuli Allahverdiyev rəis təyin təyin edilib.

F.Allahverdiyev DİN Baş Kadrlar idarəsində müxtəlif vəzifələrdə çalışıb. O, bu sahədə çalışan peşəkar kadrlardan hesab olunur.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib.

Xatırladaq ki, dekabrın əvvəlində nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Strateq.az