XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

20 Dekabr 2019 - 20:28

Bakı Nəqliyyat Agentliyi:"Peşəkar sürücülərə ehtiyacımız var"

“Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, ölkəyə 300 yeni avtobus gətirilməsi nəzərdə tutulurdu. Bu avtobuslardan 280 ədəd 12 metrlik avtobus artıq gətirilib. 20 ədəd 18 metrlik avtobusun isə yanvarın ilk yarısında Bakıya gətirilməsi nəzərdə tutulur”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AVTO FM radiosunun efirində bildirib.

“Bakıya gətirilməyən 20 ədəd avtobus istehsal müəssəsində tam hazırdır. Onların gec çatdırılması hava şəraiti ilə əlaqədardır. Gürcüstan və Türkiyədə yolların buzlu olmasına görə müəyyən gecikmələr var”, – o qeyd edib.

M.Ağayevin sözlərinə görə, həmin avtobuslarda sürücü işləmək üçün sürücülük vəsiqəsinin olması kifayət deyil: “Sürücülər mütləq xüsusi təlim keçməlidir. Yeni avtobusların xəttə buraxılmamasının səbəbi peşəkar sürücü çatışmazlığıdır. Bu gün bizim çox ciddi şəkildə peşəkar sürücülərə ehtiyacımız var”.