XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 13:07

TRAMP TÜRKİYƏYƏ QARŞI SANKSİYA PAKETİNİ İMZALADI –ABŞ Ankara ilə Rusiyanın arasında sipər çəkmək istəyir

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyanı da özündə əks etdirən 738 milyard dollarlıq “Müdafiə büdcəsi”ni bu gün təsdiq edib.

Strateq.az Türkiyə mətbuatına istinadla bildirir ki, sanksiya layihəsində Türkiyənin Rusiyadan aldığı S-400-lərin ABŞ-ın təhlükəsizliyinə ciddi problem yaratdığı açıq bəyan edilib. Və bu üzdən ABŞ Türkiyəni ortaq olduğu F-35 layihəsindən nəinki çıxarıb, eyni zamanda, Ankaraya satılacaq 100 ədəd qırıcının təhvil verilməsi də dayandırılıb.

Paketə görə, Türkiyə Rusiyadan S-400 raketlərinin alınmasından əl çəkməzsə, gələcəkdə daha ciddi iqtisadi sanksiyaların tətbiqi də gündəmə gətiriləcək.

ABŞ Konqressinin qəbul etdiyi, Trampın isə bu gün imzaladığı sənədə əsasən, Türkiyəyə qarşı sanksiya yalnız bir halda dayandırıla bilər: “Türkiyə Rusiyadan S-400 raketlərinin alınmasını dayandırarsa, yaxud buna bənzər hər hansı bir silah alınmayacağına dair təminat verən sənədləri Konqresin Beynəlxalq Əlaqələr Komitəsinə təqdim edəcəyi halda, sanksiya layihəsinə təkrar baxıla bilər”.