XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 14:36

Partiyalar 14,5 min namizəd irəli sürüb –Bələdiyyə seçkiləri


 Sabah bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyası dayandırılacaq.

Qanuna əsasən təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlanır və bir sutka qalmış dayandırılır. MSK-nın rəsmi saytı xəbər verir ki, seçkilərdə iştirak etmək üçün 41 841 nəfər müraciət edib. Onlardan 22 529 nəfərin namizədliyi qeydə alınıb.

Qurumdan bildirilib ki, 27 249 nəfər fərdi qaydada müraciət edib. Habelə, 14 564 nəfərin namizədliyi siyasi partiyalar, 28 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Seçkilərə 13 siyasi partiya qatılıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, həmin siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydiyyata alınıb:”Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Siyasi partiyaların fəallığı, seçkilərdə fəal iştirak etməsi yaxşı göstəricidir”.