XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 18:56

ABŞ iki iranlı hakimə sanksiya tətbiq edib- İrandan operativ reaksiya

Rəsmi Vaşinqton İranın iki hakiminin adını sanksiyalar siyahısına salaraq, onların ABŞ-a səfərlərini qadağan edib.

Oktyabrın 15-də benzinin qiymətinin bahalaşması ilə əlaqədar iğtişaşlarda həbs olunanları mühakimə edən hakim Əbdülqasım Salavatinin və Məhəmməd Moizeyinin adları sanksiyalar siyahısına daxil edilib.

Bundan sonra bu hakimlər ABŞ-a səfər edə, bu ölkədə daşınmaz əmlak ala və Amerika ilə əməkdaşlığı olan heç bir bankda aktiv saxlaya bilməz.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi İranın keçmiş və vəzifədə olan məmurlarının, həmçinin onların ailə üzvlərinin bu ölkəyə səfərlərini məhdudlaşdırıb. İran ilə ABŞ arasında diplomatik münasibətlər olmadığı üçün razılıq əsasında İsveçrənin Tehrandakı səfirliyi vasitəçilik missiyasını yerinə yetirir. İran vətəndaşları ABŞ-a səfər etmək üçün məhz İsveçrə səfirliyinə müraciət edərək viza alırlar.

İran tərəfi isə bəyan edir ki, bu hakimlərin xarici dövlətlərin banklarında aktivləri yoxdur və onlar ABŞ-a səfər etmək niyyətində də deyillər. Rəsmi Tehran bu sanksiyaları mənasız hesab edir(azərtac).