XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

22 Dekabr 2019 - 13:10

“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” –İH-dən açıqlama

İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, məlumatların heç biri həqiqətə uyğun deyil.

“Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik”, – deyə açıqlamada qeyd olunur.