XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 08:25

Məzahir Pənahov:"Bütün seçki məntəqələri səsverməyə hazırdır"

Azərbaycanda bələdiyyə seçkilərinə artıq start verildi və seçki məntəqələri vətəndaşların səsverməsi üçün açıqdır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, seçicilərin sərbəst şəkildə səsverməsi və seçkilərin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.

MSK sədri vurğulayıb ki, seçkinin nəticələri barədə gün ərzində ictimaiyyətə məlumat veriləcək.

O qeyd edib ki, 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da seçkilər haqqında məlumat veriləcək: “Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram. Səsvermə prosesi saat 19.00-da başa çatacaq”.