XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 15:18

Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 28 faiz artıb” –Səfir

“Şərq Tərəfdaşlığı” proqramı təhlükəsizlik strategiyasının mühüm halqasıdır.

Bu fikri Polşanın Azərbaycanmdakı səfirliyində “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Aİ-dəki hakim rəyə görə qonşuların problemlərini həll etmədən təhlükəsizliyi təmin etməyin mümkün olmadığını bildirib: “Avropa İttifaqının qlobal mənafeləri var. “Şərq Tərəfdaşlığı” proqramı da mənafelərin şərq istiqamətini ortaya qoyur”.

Diplomat həmin proqramın iştirakçı ölkələrinin Aİ üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Altı ölkə birlikdə Aİ-nin 10-cu ticarət tərəfdaşıdır. Belə ki, 10 il ərzində Azərbaycanmla Aİ arasında ticarət dövriyyəsi 28 faiz artıb. 2014-2018-ci illər ərzində Aİ Azərbaycanla əməkdaşlıq üçün 76 milyard avro vəsait ayırıb. Bu vəsaitin əksər hissəsi təhsilin, sahibkarlığın, hüquq sisteminin və s. inkişaf etdirilməsinə sərf olunub”. (report)