XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 December 2019 - 17:13

“Azərbaycanla Türkiyə arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” Memorandum… –Prezident təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.

Strateq.az xəbər verir ki, bununla da “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” 2019-cu il oktyabrın 11-də Ankara şəhərində imzalanan Anlaşma Memorandumu təsdiq edilib.