XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 17:25

Saat 17:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Bələdiyyə seçkilərində indiyədək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb.

Saat 17:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu seçki dairəsində 38 min 621 seçicidən 15 min 792 nəfəri (40.89 %) səsvermədə iştirak edib.

Seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsidir. Bu dairədə 33 min 354 seçicidən 7 min 778 nəfəri (23.32 %) səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 17:00-dək olan seçici fəallığı 30.57 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1 520 133 nəfəri səs verib.