XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

24 Dekabr 2019 - 18:06

Mikayıl Cabbarov Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar aparıb –Görüş + FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini, Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Pyer Devin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Strateq.az nazirliyə istinadla bildirir ki, görüşdə Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.