XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2019 - 20:16

Deputat Qüdrət Həsənquliyev namizədliyini irəli sürdü –Bakıdan

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin parlament seçkilərinə hansı dairədən qatılacağı məlum olub.

“AzPolitika.info”-nun məlumatına görə, Q.Həsənquliyev Bakıdan – 36 saylı Xətai dördüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Partiya sədri sayta bu məlumatı təsdiq edib.

Xatırladaq ki, sözügedən dairəni hazırda Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir.

S.Seyidovun Q.Həsənquliyevə rəqib olub-olmayacağı çox böyük ehtimalla sabah məlum olacaq. Hakim partiyanın öz namizədlər siyahısını məhz sabah açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Qüdrət Həsənquliyev sonuncu seçkidə Naxçıvan Muxtar Respublikasından (NMR) – 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən millət vəkili seçilmişdi.

Mediada yayılan xəbərlərə görə, bu dəfə həmin dairədən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov namizəd olacaq.

F.Heydərov uzun müddət Qəbələ rayonunu Milli Məclisdə təmsil edib.