XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2019 - 15:36

Türkiyədə dövlət qurumlarının FETÖ ilə əlaqələri üzə çıxdı- Həbslər var

Türkiyənin Hərbi Hava Qüvvələri və Jandarma Baş komandanlıqlarının, eləcə də Elmi və Texnoloji Araşdırmalar Qurumunun (TÜBİTAK) əməkdaşları ilə FETÖ terror təşkilatı arasında əlaqələr araşdırılıb.

Araşdırmanın nəticəsi olaraq terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən Hərbi Hava Qüvvələrinin 11, Jandarmanın 36, TÜBİTAK-ın isə 19 əməkdaşının saxlanılmasına qərar verilib.

Onların əksəriyyəti artıq nəzarət altına alınıb.

Bundan əlavə, 2013-cü ildə Türkiyədə İnzibati Məhkəmə əməkdaşlarının işə götürülməsi istiqamətində keçirilən imtahanın suallarının terror təşkilatına ötürülməsində şübhəli bilinən 20 nəfərin saxlanılmasına qərar verilib. Onlardan üçü keçmiş hakimdir(azərtac).