XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2019 - 20:45

Almanlar Trampı beynəlxalq sülhə təhlükə sayır- ABŞ lideri Kim Çeni də kölgədə qoyub

Bild, 26.12.2019

Almaniyada hesab edirlər ki, ABŞ prezidenti beynəlxalq sülhə Rusiya prezidenti Vladimir Putindən və ya Şimali Koreya rəhbəri Kim Çen Indən daha böyük təhlükə yaradır.

YouGov İctimai Rəy Araşdırmaları İnstitutu tərəfindən aparılan sorğuya görə, Tramp İranın siyasi və dini lideri Ayətullah Əli Xamenei və Çin Prezidenti Si Szinpindən daha təhlükəli sayılır.

Rəyi soruşulanların 41%-i hesab edir ki, bu beş siyasi xadim arasında Tramp beynəlxalq sülh üçün daha böyük təhlükəni ifadə edir. 17% Kim Çen Inı seçib, Putin və Xamenei hərəyə 8% qazanıb, rəyi soruşulanların 7%-i isə Çin prezidenti Si Szenpini daha böyük təhlükə hesab edib.

Bənzər bir mənzərəni keçən il YouGov-un sorğusu əks etdirib. Lakin onda respondentlər yalnız Tramp, Kim və Putini müqayisə edirdi. Rəyi soruşulanların 48% -i bu üçlüyün içində ABŞ prezidentinin beynəlxalq sülhə ən böyük təhlükə yaratdığını qeyd etmişdi. 21% Kimi, 15% Putini daha təhlükəli sayıb.

Bənzər bir araşdırma Kantar Araşdırma İnstitutu tərəfindən də aparılıb.

Sorğuya əsasən, almanlar Fransa prezidenti Emmanuel Makrona kansler Angela Merkeldən daha çox güvənirlər.

Sorğuda iştirak edənlərin 53% -i Merkelə “olduqca yüksək” etimad, 44% isə “olduqca aşağı” etimad göstərib.

Makronu respondentlərin 57% -i müsbət, 32% -i mənfi qiymətləndirib, 11% -i qiymətləndirməkdən boyun qaçırıb.

Digər beş hökumət və dövlət başçısı da aşağı qiymət alıb.

Sorğuya əsasən, üçüncü yeri Avstriyadakı seçkiləri qazanan Sebastian Kurtz tutub, almanların 33 faizi ona etibar edir.

Dördüncü yeri tutan Putin (respondentlərin 26%-i ona yüksək etimadı qeyd edib, 67%-i etmimadın aşağı olduğunu deyib) Britaniyanın baş naziri Boris Consondan (12%-71%) və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan (6%-86%) xeyli yüksək qiymət alıb.

Tramp sonuncu olub, 6% ona etibar etsə də, 89% -i ABŞ prezidentinə inanmır.

Tərcümə Strateq.az-dır.