XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2019 - 00:07

Rəsmi Moskvadan Türkiyəyə tələb:"Soçi razılaşmasının müddəalarını yerinə yetirin"

“Türkiyəni İdliblə bağlı imzalanan Soçi razılaşmasının müddəalarını yerinə yetirməyə çağırırıq”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“İdlibdəki terror yuvasının sonsuza qədər varlığını davam etdirməsi qəbuledilməzdir. Bu səbəbdən Rusiya olaraq 17 sentyabr 2018-ci il tarixli Soçi razılaşmasından irəli gələn bütün öhdəliklərinin aktiv şəkildə icrasını tələb edirik”, – deyə XİN sözçüsü bildirib/Axar.az.