XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Dekabr 2019 - 10:04

XİN Qazaxıstanda baş verən təyyarə qəzası barədə məlumat yaydı:"Ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur"

“Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən Almatıda baş verən təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələ ki, məlumat daxil olmayıb”.

Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Qazaxıstanın “Bek Air” şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Almatı hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Hadisə zamanı daha 35 nəfər xəsarət alıb.