XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2019 - 12:36

“Atamın saxlanılması barədə məlumat yalandır”- Əli Həsənovun oğlundan açıqlama

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılmasına dair şayiə xarakterli məlumatlar yayılıb. 

Bununla bağlı Əli Həsənovun oğlu Şamxal Həsənli bildirib ki, bu məlumatlar əsassızdır: “Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Avstriyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və İnşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq”.

“Şayiə, böhtan xarakterli məlumat yayanlara isə bu cür çirkin əməllərdən əl çəkməyi tövsiyə edirəm”, – deyə Şamxal Həsənli bildirib(unikal.org).