XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

29 Dekabr 2019 - 11:00

Pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın iclası keçirilib –Energetika Nazirliyi

Azərbaycan Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda işçi qruplarının hesabatları dinlənilib. Pilot layihələrin həyata keçiriləcəyi torpaq sahələrinin ayrılması, investorlara dövlət zəmanətlərinin verilməsi, layihələrin iqtisadi qiymətləndirilməsindən irəli gələn məsələlər müzakirə edilib. Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya ilə bağlı ilkin təkliflər nəzərdən keçirilib. Hüquqi və institusional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin təklif alınmış beynəlxalq məsləhətçi şirkətlər barədə ətraflı məlumat verilib.

Energetika naziri dövlət başçısının bərpa olunan enerjidən istifadənin genişləndirilməsi ilə bağlı tapşırıqlarının Azərbaycanın energetika sektorunun müasir trendlərə uyğun inkişafına və qeyri-neft sektoruna xarici investisiyanın cəlbinə imkanlar yaratdığını qeyd edib. Nazir görülən işlərə dair fikirlərini diqqətə çatdırıb və işçi qruplarına tapşırıqlar verib.