XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 December 2019 - 13:27

İKİ İDARƏYƏ RƏİS TƏYİN EDİLDİ –DİN-də növbəti kadr dəyişikliyi oldu

Daxili İşlər Nazirliyində yeni kadr təyinatları olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Soltan Zeynalov vəzifəsindən azad olunaraq Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Yaşar Nuriyev isə DİN-in Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi təyin olunub/Report.