XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 Dekabr 2019 - 15:22

“27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb” –MSK sədri

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən irəli sürülüb: “11  nəfər təşəbbüs qrupları tərəfindən, 1447  nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

Pənahov bildirib ki, müraciət edən şəxslərin 1348nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1142 nəfəri imza vərəqələrini artıq götürüb,159 nəfəri imza vərəqini qaytarıb. 27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 1-i siyasi partiya üzvüdür. 74 nəfər  sə seçkilərdə iştirakını dayandırıb”.